Bu ilin ilk 7 ayında Azərbaycana 15,7 milyon dollar həcmində 9 min 353 ton süd və qaymaq idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,1 milyon dollar və ya 24,5%, miqdar ifadəsilə isə 1 min 452 ton, başqa sözlə 18,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 12,6 milyon dollar dəyərində 7 min 901 ton süd və qaymaq idxal olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi süd və qaymağın 1 kiloqramının orta idxal qiyməti 2 manat 86 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 71 qəpik idi. Bu da illik müqayisə ilə 15 qəpik və ya 5,5% bahalaşma deməkdir.
Bu il 7 ayında ümumi idxalın 0,12%-i süd və qaymağın payına düşüb. Ötən ilin eyni dövründə də bu göstərici 0,12% olub.