Bu ilin ilk 10 ayında Azərbaycana 217,7 milyon dollar dəyərində 1 milyon 10 min tona yaxın buğda idxal edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12,3 milyon dollar və ya 6%, miqdar ifadəsilə isə 60,8 min ton, başqa sözlə 6,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 205,4 milyon dollar dəyərində 948,8 min ton buğda idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan buğdanın 1 kiloqramının orta idxal qiyməti 37 qəpik olaraq qalıb. Ötən illə müqayisədə qiymətdə cəmi 0,4%-lik cüzi ucuzlaşma müşahidə edilib.
Bu il 10 ayında ümumi idxalın 1,13%-i buğdanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,23% təşkil edirdi.











