İlkin məlumatlara görə, 2024-cü ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artaraq 5 milyard 618,8 milyon manat və ya hər nəfərə orta hesabla 531 manat olmuşdur.
Ötən ay Azərbaycanda 4.5 milyard manatlıq məhsul satılıb
Bu barədə FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 4 milyard 833 milyon manat təşkil etmişdir.
2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida malları üzrə 1,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 3,2 faiz artıb.