Cari il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz artaraq, milli valyuta ekvivalentində 26 milyard 498,3 milyon manat təşkil edib.
Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manatı keçdi
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, ümumi kredit portfelinin 22 milyard 194,3 milyon manatı və ya 83,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,9 faizi banklar, 5,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,8 faiz azalaraq 466,5 milyon manat olub və ümumi kredit portfelinin 1,8 faizini təşkil edib.