2018-ci il avqustun 1-nə olan göstəcilərə əsasən, Azərbaycanda iqtisadiyyatda çalışanların sayı ilin əvvəli ilə müqayisədə 22 min nəfər artıb.
FED.az Dövlət Statistika Komitəsinin hesabatlarına istinadən məlumat verir ki, həmin tarixədək iqtisadi fəal əhalinin sayı 1 543,1 min nəfər olub. 2018-ci yanvarın 1-nə bu göstərici 1 521,3 min nəfər olub.
Artım əsasən özəl sektorunhesabına baş verib. Belə ki, 2018-ci il yanvarın 1-dək bu sektorda çalışanların sayı 641,2 min nəfər olduğu halda, avqustun 1-nə həmin rəqəm 661,3 min nəfərə çatıb. 7 ayda özəl sektorda işləyənlərin sayı 20,1 min nəfər artıb.
Dövlət sektorunda isə artım 1,7 min nəfər olub. 2018-ci il avqustun 1-dək bu sektorda işləyənlərin sayı 881,8 min nəfərə çatıb. Halbuki, ilin əvvəlində bu rəqəm 880,1 min nəfər olub.
Özəl sektorda işləyənlərin sayında kəskin artım - STATİSTİKA
23:01
20 Sen 2018