Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92,8 min nəfər və ya 5,9 faiz artaraq 1 milyon 676,1 min nəfər olub.
Eləcə də bax: Azərbaycanda muzdlu işçilərə və fərdi sahibkarlara - 96 MİLYON MANAT VƏSAİT ÖDƏNİLİB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 926,6 mini iqtisadiyyatın dövlət sektorunda, 749,5 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,9 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.