Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 20 milyard 848,5 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub. Ondan əmtəəlik 20 milyard 176,2 milyon kilovat/saat elektrik enerjisi alınıb.
Dövlət Statistika Komitəsi verir ki, həmin həcmin 19 milyard 131,9 milyon kilovat/saatı istilik, 922,4 milyon kilovat/saatı su, 41,2 milyon kilovat/saatı günəş, 80,7 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.
azertag.az