2022-ci ilin yanvar-avqust aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri
tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2.8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.7 faizini təşkil edib.
Eləcə də bax: Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, statiskaya görə, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3.1 faiz, fərdi sahibkarlar üzrə 1 faiz, bazar və yarmarkalarda isə 6.3 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda
383,8 manatlıq, o cümlədən 216.6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
167.2 manatlıq qeyri-ərzaq malları almışdır.