Azərbaycanda qarşıdakı 7 ildə əmək bazarına daxil olan gənclərin sayı azalacaq.
FED.az-ın məlumatına görə, bu, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ölüm göstəricisi yüksək olan rayonlar - AÇIQLANDI
Sənəddə qeyd edilib ki, 2017-ci ildə 15–64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olub. Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir. Əmək bazarına daxil olan 15–24 yaş arasında şəxslərin sayında azalma meylinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15–24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olubsa, 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır.
Gənc işçilərin sayı azalacaq –RƏSMİ
19:21
3 Dek 2018