Bu ilin mart ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 2,175 mlrd. manat xərclənib.
Eləcə də bax: Azərbaycanda bahalaşan məhsulların siyahısı - AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20,5%, fevral ayı ilə müqayisədə isə 31,6% artıb.
Qeyd edək ki, 2022-ci ilin I rübündə ərzaq məhsullarına 5,609 mlrd. manat xərclənib ki, bu da illik müqayisədə 2,9% çoxdur. Sözügedən məhsullar pərakəndə ticarət şəbəkəsi dövriyyəsinin 51%-ini təşkil edib.
(Apa)