2022-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manat təşkil edib.
Son 1 ildə Azərbaycanda orta aylıq əməkhaqqı - 15% ARTIB
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən( DSK) verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3388,6 manat, qeyri neft-qaz sektorunda 781,0 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 783,6 manat, özəl müəssisələrdə isə 881,9 manat olub.