2021-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 016.8 mln. manat olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artım deməkdir.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsində canlanma – KƏSKİN ARTIM
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, xidmətlərin ümumi dəyərinin 72.3%-ini hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən xidmətlər tutub. Belə ki, hüquqi şəxslər əhaliyə 2 905.9 mln. manat dəyərində xidmət göstərib.