2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 3 milyon 64 min dollar dəyərində 54 ton yod ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Yod ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 566 min dollar və ya 33,8%, miqdar ifadəsilə 10 ton və ya 15,3% azalıb
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 4 milyon 629 min dollar dəyərində 63 ton yod ixrac olunmuşdu.
1 kq yodun orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 97,12 manata başa gəlib ki, bu da illik müqayisədə 27,21 manat (21,9%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə yodun orta ixrac qiyməti 124,33 manata başa gəlib.