2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 3bmilyon 263 min dollar dəyərində 3 min 651 ton nar ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 818 min dollar və ya 60 % (2,5 dəfə), miqdar ifadəsilə 2 min 557 ton və ya 41% aşağı düşüb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 8 milyon 81 min dollar dəyərində 6 min 208 ton nar ixrac olunmuşdu.
1 kq narın orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 1,52 manata başa gəlib ki, bu da illik müqayisədə 0,69 manat (31%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə narın orta ixrac qiyməti 2,21 manata başa gəlib.