Azərbaycanda 1 iyul 2023-cü il tarixinə ən yüksək əmək haqqı 3,472 min manat (cari məzənnə ilə $2,042 min) emal sənayesində müşahidə olunur.
Azərbaycanda bu sektorda çalışanların orta aylıq maaşı - 3600 MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına əsasən, həmçinin dövlət müəssisələrində bu sahədə orta əmək haqqı 2,165 min manat, özəl müəssisələrdə - 4,174 min manat təşkil edir.
Orta əmək haqqı səviyyısi üzrə ikinci yerdə maliyyə və sığorta sahələridir. Burada orta əmək haqqı 2,437 min manata bərabərdir. Həmçinin, dövlət sektorunda əmək haqqı özəl sektordan daha yüksəkdir – 2,362 min manata qarşı 2,74 min manat.
Həmçinin, yüksək əmək haqqı ilə TOP-3 sahələrə peşə, elmi və texniki fəaliyyət daxildir – orta əmək haqqı 1,551 min manat təşkil edir. Həmçinin, dövlət sektorunda bu sahədə orta əmək haqqı 1,024 min manata, özəl sektorda – 2,081 min manata bərabərdir.
Eyni zamanda, ən aşağı orta əmək haqqı kənd, meşə təsərrüfatları, balıqçılıq sahəsində qeydə alınıb. Bu məbləğ cəmi 545 manat (dövlət sektorunda – 542,6 manat, özəl sektorda – 546,7 manat) təşkil edir.
Ən aşağı orta əmək haqqı üzrə ikinci yerdə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsidir – 550,2 manat (dövlət sektorunda – 499,7 manat, özəl sektorda – 693,4 manat).
Həmçinin, aşağı əmək haqqının qeydə alındığı TOP-3 sahələrə su təchizatı, tullantıların təmizlənməsi və emalı müəssisələri daxildir – 691 manat (dövlət sektorunda – 640,1 manat, özəl sektorda – 1,19 min manat). (İnterfaks-Azərbaycan)