Bu ilin yanvar ayında doğranmış sümüklü mal ətinin 1 kiloqramının qiyməti 13,67₼, sümüksüz tikə mal ətinin 1 kiloqramının qiyməti isə 16,49 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Son bir illə müqayisədə sümüklü mal əti 0,62₼ və ya 5%, sümüksüz mal əti isə 1,14₼ və ya 7% bahalaşıb.
Ötən ilin yanvar ayında isə qiymətlər müvafiq olaraq 13,05₼ və 15,35₼ manat təşkil edib.