Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,5 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,2% azalıb.
Eləcə də bax: Azərbaycan əhalisinin nominal gəlirləri - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,4 % azalaraq 17,7 milyard manata bərabər olub, onun 46,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 369,1 manat və yaxud ötən ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 12,3 manat çox vəsait xərcləyib. (Report)