Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 37,8 milyard manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda restoranların dövriyyəsi - Kəskin Azalıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.
Son 1 ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri 7,3 % azalaraq 36,5 milyard manata bərabər olub, onun 50,5 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 379,3 manat və yaxud illik müqayisədə 23 manat az vəsait xərcləyib. (Report)