2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 463,2 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycanda orta aylıq əməkhaqqı - 13%-DƏN ÇOX ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.
Ölkədə adambaşına düşən nominal gəlir isə 2 038 manata bərabər olub. Bu isə son bir ildə 19,1% artım deməkdir. (Apa)