Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 36,39 mln. ABŞ dolları dəyərində 15 256,89 ton həcmində şokolad və ondan hazırlanan digər məmulatlar idxal edilib.
Eləcə də bax: Şokoladın idxal qiyməti düşsə də - Azərbaycanda Bahalaşdırılıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi şokolad idxalının 72,7%-i Rusiyanın payına düşüb. Bələ ki, hesabat dövründə Azərbaycan bu ölkədən 24,03 mln. dollar dəyərində 11 089,16 ton şokolad idxal edib.
Azərbaycana ikinci ən çox şokolad göndərən ölkə Ukrayna olub. Bu ölkədən Azərbaycan 3,24 mln. dollar dəyərində 1 763,37 ton şokolad idxal edib.
İdxal bazarının sonrakı pillələrində qərarlaşan Türkiyə və İrandan isə müvafiq olaraq 4,186 mln. dollar dəyərində 940,42 ton və 1,116 mln. dollar dəyərində 759,14 ton şokolad ölkəyə gətirilib.
Avropa İttifaqı ölkələrindən Azərbaycana ən çox şokolad ixrac edən ölkələr Almaniya və İtaliya olub. Belə ki, cari ilin ilk on ayında Almaniya Azərbaycana 598,6 min dollar dəyərində 135,9 ton, İtaliya isə 905,98 min dollar dəyərində 122,48 ton şokolad və ondan hazırlanan digər məmulatlar tədarük edib. (Apa)