Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında 14,328 min ton şokolad idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,7% çoxdur.
Azərbaycanın xaricə satdığı meşə fındığı -16%-DƏN ÇOX BAHALAŞIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunmuş şokoladın dəyəri $42 milyon 197,32 min (artım 8,3%) təşkil edib.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Hesabat dövründə RF-dən $20 milyon 124,44 min dəyərində (azalma 9%) 8,666 min ton (artım 1,1%) şokolad idxal edilib. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana şokolad idxalının 60,5%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukraynadır: bu ölkədən $4 milyon 431,76 min dəyərində 1,702 min ton şokolad idxal edilib.
Eyni zamanda, Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarında $6 milyon 513,15 min dəyərində (azalma 16%) 2,362 min ton şokolad (azalma 21,7%) ixrac edib. Rusiyaya ixracın dəyəri $805,34 min (azalma 33,2%), həcmi isə 276,4 ton (azalma 44,7%) təşkil edib. (İnterfaks-Azərbaycan)