Azərbaycan 2020-ci ildə $72 milyon 875,54 min dəyərində 26,023 min ton şokolad idxal edib.
Eləcə də bax: 2020-ci ildə Azərbaycana $25,3 milyon dəyərində siqaret - İdxal Olunub
FED.az xəbər verir ki, 2019-cu illə müqayisədə idxalın həcmi miqdar ifadəsində 7,6%, dəyər ifadəsində 2,8% artıb.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Ötən il RF-dən $30 milyon 913,48 min dəyərində (artım 4,9%) 14,217 min ton (artım 12,5%) şokolad idxal edilib. 2020-ci ildə Azərbaycana şokolad idxalının 54,6%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 2020-ci ildə bu ölkədən $4 milyon 288,92 min dəyərində 2,3 min ton şokolad idxal edilib.
Eyni zamanda, Azərbaycan ötən il $3 milyon 900,92 min dəyərində (azalma 26%) 1,835 min ton (azalma 57,2%) şokolad ixrac edib. Rusiyaya $1 milyon 161,68 min məbləğində (azalma 60,2%) 573,83 ton (azalma 52,4%) şokolad ixrac edilib. (İnterfaks)