2020-ci ildə Azərbaycana kondisioner idxalı 2019-cu illə müqayisədə 33,4% - 141,2 min ədədə qədər azalıb.
Eləcə də bax: Azərbaycan Rusiyadan kolbasa məmulatlarının idxalını - 43% Artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ilində Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $35 milyon 212 min məbləğində (azalma 30,9%) qiymətləndirilir.
2020-ci il ərzində Azərbaycana $129 milyon 762,2 min dəyərində (artım 54,7%) 712,1 min ədəd (artım 23,1%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 7,4% - 178,6 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $36 milyon 535,7 min (azalma 8,8%) təşkil edir. (İnterfaks)