Startaplar

Türkiyədə yaradılan oyun şirkətini $1,8 milyarda aldılar – PULLAR BELƏ BÖLÜNDÜ

Türkiyədə yaradılan oyun şirkətini $1,8 milyarda aldılar – PULLAR BELƏ BÖLÜNDÜ | FED.az
09:20 2 İyun 2020

Dünyaca məşhur oyun şirkəti «Zynga»nın səhmləri, Türkiyənin oyun şirkəti «Peak Games»i 1,8 milyard dollara satın aldıqdan sonra 8 ildə ən yüksək səviyyəyə çatıb.

Eləcə də bax: Azərbaycanda hər 3 uşaqdan 1-i hər gün - VİDEO OYUN OYNAYIR

FED.az xəbər verir ki, Nasdaq Birjasında ZNGA kodu ilə satılan Zynga'nın səhmləri, bazar ertəsi günü 5,57 faiz artaraq 9,66 dolara yüksəlib. Hərracların gedişində səhmlərin qiyməti 9,87 dollara çataraq 8 ildə ən yüksək səviyyəni vurub.

«Zynga»nın səhmləri, Türkiyənin oyun şirkəti «Peak Games»i 1,8 milyard dollara satın alması barədə razılığını elan etdikdən sonra artdı. Şirkətin illik gəlir gözləntisi 1,65 milyard dollardan 1,69 milyard dollara yüksəldi, bu da səhmlərin artmasına səbəb oldu.

ABŞ-ın «Zynga» oyun şirkəti, Toon Blast və Toy Blastın yaradıcısı olan İstanbulda yerləşən «Peak Games»i 1,8 milyard dollara satın almağa dair müqavilə imzaladığını açıqladı.

Şirkətdən edilən açıqlamada, Peak Games'in 100 faiz satın alınacağı, təxminən 900 milyon dollar pul və «Zynga»nın ümumi səhmlərində təxminən 900 milyon dollar olacağı bildirildi. Açıqlamada bu satınalma ilə «Zynga»nın yeni oyun ehtiyatını gücləndirəcəyi bildirildi.

Qeyd edək ki, türk startapı olan «Peak Games» cəmi 10 il əvvəl yaradılıb. Satışdan gələn pul belə bölünəcək.  Təsisçi: 400 milyon dollar,

1-ci investor: 780 milyon dollar,

2-ci investor: 362 milyon dollar,

3-cü investor: 140 milyon dollar,

4-cü investor: 86 milyon dolar,

5-ci investor: 47 milyon dollar.

Digər xəbərlər