Türkiyədə işsizlik mart ayı ilə müqayisədə 0,3 faiz azalaraq 7,9 faizə enib.
FED.az xəbər verir ki, bu barədə ölkənin Türkiyə Statistika Qurumu məlumat yayıb.
Hesablamalara əsasən, ölkə üzrə 15 və daha yuxarı yaş qrupunda olan işsizlərin sayı əvvəlki aya nisbətən martda 65 min nəfər azalaraq 2 milyon 807 min nəfərə enib. Bu, 2005-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir və göstəricilər son 20 ildə ilk dəfə 8 faizdən aşağı düşüb.
Qardaş ölkədə əhalinin işsizlik nisbəti kişilər arasında 6,5 faiz, qadınlarda isə 10,6 faizdir. (Azərtac)