Gələn il üçün ehtiyac meyarı məlum olub.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Gələn il ehtiyac meyarının həddi 314 manat olacaq. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,7 faiz çoxdur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
XXX
Azərbaycanda gələn il yaşayış minimumu 4,7 faiz artırılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub.
Layihəyə əsasən, 2027-ci ildə yaşayış minimumu ölkə üzrə 314 manat olacaq. Beləliklə, yaşayış minimumu 14 manat, başqa sözlə 4,7 faiz artırılacaq.
Gələn il yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində olacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.













