Struktur bölmə: İnformasiya texnologiyaları departamenti/ İnformasiya sistemlərinin təminatı şöbəsi - Mütəxəssis
Əmək/H: Ştat cədvəlinə uyğun olaraq
Son müraciət tarixi: 20 oktyabr 2017-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifənin öhdəlikləri - Texniki işlərin görülməsi, iş mühitində yaranacaq problemlərin həll olunması və texniki xidmətin göstərilməsi; - Kompüterlərin formatlanması, sistemlərin yüklənməsi; - Şəbəkə mühitində problemlərin həll edilməsi; - Cisco avadanlıqlarla işləmək bacarığı ( router, switch, wireless – controller və s.) - Serverlərdə müəyyən olunmuş əməliyyatların aparılması.
Namizədə olan tələblər
İş təcrübəsi: Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr təhsili tələb olunur.
Dil bilikləri: Azərbaycan dilini əla,Rus və İngilis dillərini orta səviyyədə bilməlidir.
Kompüter bilikləri: Proqram təminatların ilə işləmə bacarığı, Windows 2008/2010 və Windows Serverdə işləmə bacarığı, Linux Əməliyyat sistemində işləmə bacarığı, avadanlıqlara aid xüsusi proqram təminatları və monitorinq sistemlərində işləmə bacarığı.
Üstünlüklər: Müvafiq sahə üzrə sertifikatların olması.
Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, riyazi bacarıqlar, məxfi rejimdə işləmək və məlumatların məxfiliyini təmin edə bilmək, proseslərin avtomatlaşdırılması və optimallaşdırılması bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək bacarığı, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Vakansiya üçün müraciət qaydası CV-lər “İnformasiya sistemlərinin təminatı” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir
Sığorta şirkətində IT mütəxəssisə ehtiyac var
13:02
19 Okt 2017