“Pensiya fondunun gəlirə çıxmasını istəyiriksə, bu, əlavə 1 milyard manat öhdəlik deməkdir”.
Eləcə də bax: “Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu, indiki prioritetlər baxımından vacib sayılmır: “Bu gün dövlətin qarşısında duran bu cür prioritetlərin qarşısında pensiya fondunun gəlirə çıxmasını vacib hesab etmirik. Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük. İnvestisiya fəaliyyətinə ehtiyatlarımızdan vəsait yönəltmək istəyirik. Biz pensiya ödənişlərini 1 ay avansla ödəyirik. Buna bizim formalaşmış ehtiyatlarımız imkan verir. Gələn il üçün bizim ehtiyatımızın 400-500 milyon manata çatacağını proqnozlaşdırırıq”.