"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" erməni təcavüzü nəticəsində doğma ocaqlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğını heç vaxt unutmur. 28 May - Respublika Günü ərəfəsində də dənizçilər Goranboy rayonu ərazisində müvəqqəti məskunlaşan 3350 qaçqın və məcburi köçkün ailəsinə baş çəkiblər. Əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan soydaşlarımıza zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb.
Gəmiçiliyin nümayəndələrinin məcburi köçkünlərlə görüşündə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıdacaqlarına inam ifadə edilib, bayram arzuları dilə gətirilib.
Həmişəki kimi, dənizçilərin bayram ərəfəsində qapılarını döymələrindən sevincini gizlətməyən didərgin həmvətənlərimiz diqqət və qayğıya görə Gəmiçiliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qaçqın və məcburi köçkünlərə bayram sovqatı paylanılıb

14:38
26 May 2017