Sülh üzrə Nobel mükafatının qalibi açıqlanıb.
FED.az xəbər verir ki, APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniya layiq görülüb. Təşkilat bu mükafatı "nüvə silahlarından istifadənin faciəvi humanitar nəticələrə gətirib çıxarmasına diqqət ayırma sahəsindəki işləri və bu kimi silahların müqavilələrə əsasən qadağan olunmasına nail olunma sahəsindəki səylərinə görə" yayiq görülüb.
2017-ci il üçün Sülh üzrə Nobel mükafatına 318 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlərdən 215-i fiziki şəxs, 103-ü isə təşkilatdır.
Qeyd edək ki, 2016-ci il üçün Sülh üzrə Nobel mükafatına 376 nəfərin namizədliyi təqdim edilmişdi. Ötən il mükafatın sahibi Kolumbiyanın prezidenti Xuan Manuel Santos olub.