Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 28 may qeyri - iş günüdür.
ASAN-dan FED.az-a bildirilib ki, 29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri - iş günüdür

10:06
26 May 2017