Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
FED.az xəbər verir ki, barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildi.
Dövlət başçısı rəsmi qəbulda nitq söylədi.
Rəsmi qəbul konsert proqramı ilə davam etdi.