2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq.
FED.az xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə bildirib. Məlumatda qeyd olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi gələn ilin yanvarından başlayacaq.E-imzanın şəxsiyyət vəsiqələrinə inteqrə olunacağını nəzərə alaraq vətəndaşlar bu imzaları ödənişsiz şəkildə əldə edə bilər: "Yeni vəsiqələrdə elektron imza sertifikatının etibarlılıq müddəti 5 il təşkil edəcək. Bu müddət başa çatdıqdan sonra yalnız sertifikatın müddətini uzatmaq lazım olacaq. E-imzanın şəxsiyyət vəsiqəsinə inteqrə olunması üçün rüsum alınmayacaq".