2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub.
Əhali çox yaşamağa başlayıb - Pensiya sistemində islahatlar olacaq
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.
O qeyd edib ki, bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür:
"Qeyd edək ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır. (Report)












