Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb.
FED.az Trend-ə istinadən xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub.
O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya çoxlu sayda tələbələr gəlir və kirayə mənzil axtarırlar: “Bu baxımdan bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.
Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.