2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3492,0 manat, qeyri neft-qaz sektorunda 885,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 904,0 manat, özəl müəssisələrdə isə 966,0 manat olub.
Ən yüksək orta aylıq əmək haqqı isə mədənçıxarma sənayesində (3 347,5 manat), maliyyə və sığorta fəaliyyətində (2 325,5 manat) olub.
İqtisadi fəaliyyət növləri
|
Cəmi |
o cümlədən |
|
dövlət |
qeyri- dövlət |
||
Ölkə üzrə – cəmi |
933,8 |
904 |
966 |
Mədənçıxarma sənayesi |
3 347,5 |
2172 |
3 979 |
Maliyyə və sığorta fəaliyyəti |
2 325,5 |
2 772,9 |
2 214,3 |
Peşə, elmi və texniki fəaliyyət |
1 573,5 |
1 071,1 |
2056,7 |
İnformasiya və rabitə |
1 512,8 |
1325,2 |
1 653,8 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
1 356,4 |
1 400,4 |
459,5 |
Nəqliyyat və anbar təsərrüfatı |
1278 |
1 352,2 |
1 178,6 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
1 104,7 |
1 681,8 |
971,3 |
Tikinti |
1055 |
971,2 |
1 079,6 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
959,7 |
955,8 |
1162,2 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
910,1 |
1 030,7 |
860,6 |
Emal sənayesi |
844,3 |
1191 |
793 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
804,1 |
831,1 |
678,4 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
726,1 |
671 |
1 234,3 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
720,5 |
1 476,5 |
687,9 |
Təhsil |
713,3 |
705,8 |
877,1 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
710,2 |
657,7 |
1 201,2 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
631,2 |
840,6 |
629,7 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
563,9 |
508,6 |
713,6 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
559 |
560,5 |
557,9 |