Azərbaycan 4-cü Sənaye İnqilabına keçidi dəstəkləmək üçün perspektiv vəd edən siyasətlər və işçi qüvvəsi hazırladığı təqdirdə, 2025-ci ilə qədər ölkənin aparıcı sənaye sahələrində 42000 yeni iş yeri yarana bilər.
Azərbaycanda 2100 nəfərin maaşını işlədiyi - ŞİRKƏT VƏ DÖVLƏT ÖDƏYİR
FED.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) apardığı son araşdırmada bildirilir.
Bank hesab edir ki, süni intellektin, avtonom işləyən robotların və digər mütərəqqi texnologiyaların tətbiqi Azərbaycanın ən böyük işəgötürən sektorlarından olan kənd təsərrüfatı məhsullarının emalı sənayesində 15000-ə yaxın, nəqliyyat və anbarlama sektorunda isə 27000 yeni iş yeri yarada bilər.
Bundan başqa, araşdırmaya əsasən kənd təsərrüfatı məhsullarının emalı sənayesində 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi 2020-ci ildən 2025-ci ilə qədər əmək məhsuldarlığını 49% artıra bilər. Eynilə, nəqliyyat və anbarlama şirkətlərində məhsuldarlıq 41% arta bilər.
Bu təhlil Mərkəzi və Qərbi Asiyada yüksək inkişaf edən sənayelərdə bacarıqların inkişafı vasitəsilə dördüncü sənaye inqilabından faydalanmaq adlı yeni araşdırmasında qeyd olunub. Sənəddə AİB-in Azərbaycan, Pakistan və Özbəkistanda yeni texnologiyaların yaratdığı və əvəzlədiyi iş yerlərinin potensial təsiri qiymətləndirilir.
AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan bildirir ki: “4-cü Sənaye İnqilabının Azərbaycanda əmək bazarında və əsas sənayelərdə tələb olunan bacarıqlarda əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. İş yerlərində və məhsuldarlıqda müsbət dinamika əldə etməklə bu keçidin təsirindən tam bəhrələnməsi üçün ölkənin bacarıqlara və təlimlərə sərmayə qoyması çox vacibdir."
Araşdırma 4-cü Sənaye İnqilabının Azərbaycanın iki sənaye sahəsində iş və bacarıqlara necə təsir edəcəyini təhlil edir. Bu sahələr iqtisadiyyat üçün vaciblik, 4-cü Sənaye İnqilabına, habelə regional və milli inkişaf planlarına uyğunluğuna əsasən seçilib. 4-cü Sənaye İnqilabına hazırlığı yoxlamaq üçün tədqiqatda onlayn iş portalı məlumatların təhlili, həmçinin iki sənaye sahəsində və təlim müəssisələrində işəgötürənlərin fikirləri yer alıb.
Araşdırmaya əsasən, 4-cü Sənaye İnqilabı texniki rolların əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq və bir çox əl əməyinə əsaslanan işləri əvəzləyəcək. Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı, nəqliyyat və anbarlama sənayesində çalışanlar daha yaxşı iş yerləri əldə etsə də, tədqiqat tövsiyə edir ki, 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqinin fiziki işlə məşğul olan işçilərə mənfi təsirlərini azaltmaq üçün güclü sosial müdafiə və ixtisasların artırılması siyasətlərinə ehtiyac var.
Araşdırmaya əsasən kənd təsərrüfatı məhsullarının emalı sənayesində 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi 2020-ci ildən 2025-ci ilə qədər əmək məhsuldarlığını 49% artıra bilər. Eynilə, nəqliyyat və anbarlama şirkətlərində məhsuldarlıq 41% arta bilər.
Araşdırma öz işçilərinin yetişdirilməsində əhəmiyyətli dərəcədə resurs çatışmazlığı ilə üzləşən şirkətlər, xüsusilə də kiçik və orta bizneslər (KOB) üçün stimullaşdırıcı mexanizmlər tövsiyə edir. Bu, 4-cü Sənaye İnqilabı üçün hazır işçi qüvvəsinin yaradılmasına kömək edə və bəzi işçi qrupları üçün avtomatlaşdırma nəticəsində işini itirmə riskini azalda bilər.
“Araşdırma göstərir ki, analitik və qeyri-müntəzəm tapşırıqlar gündəlik işlərdən daha vacib olacaq və Azərbaycanda işəgötürənlər çox güman ki, yaradıcı və dizayn təfəkkürünə, həmçinin texnoloji bacarıqlara malik kadrlara üstünlük verəcək”, - deyə AİB-nin Təhsil üzrə Baş mütəxəssisi, tədqiqatın aparıcı müəllifi Şanti Caqannatan bildirib.
"İş axtaran və işə götürənlərin 4-cü Sənayə İnqilabına aid işlər üçün tələb olunan əsas bacarıqları tapmasına kömək edən platformaları, hətta süni intellekt və ya “Big Data” texnologiyaların köməyi ilə ərsəyə gəlsə belə onları dəstəkləmək üçün yaxşı bir fürsət yaranıb."
AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.