Azərbaycanda məşğulluğun artırılması üçün tətbiq edilən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verilib.
İşsizlər bu halda - ÖDƏNİŞ ALA BİLƏR
FED.az xəbər verir ki, hazırda proqramda 683 sahibkar və şirkət iştirak edir, burada işləyən 2146 nəfərin əmək haqqını işlədiyi şirkətlə yanaşı, dövlət də ödəyir.
Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 4 ayda daha 986 şəxsə iş yerlərinə göndəriş verilib.
Agentliyin məlumatına görə, onlardan 732 nəfəri artıq müvafiq vakansiyalar üzrə işlə təmin olunub və digərlərinin də işlə təminatı prosesi aparılır.
Proqram üzrə işlə təmin edilənlərin maaşının bir hissəsini bir il ərzində Dövlət Məşğulluq Agentliyi ödəyir. Bu da həmin işçiləri işə götürən şirkətlərə dəstək deməkdir.
Hökumət bu layihəyə 2020-ci ilin sonunda başlayıb. O vaxtdan indiyədək 683 şirkət və sahibkar bu üsuldan istifadə etməklə işçiləri işə qəbul edib. Bunlardan 198-i proqrama 2023-cü ilin yanvar-aprel aylarına qoşulub.
Ümumilikdə isə indiyədək bu üsull 2146 nəfəri işlə təmin etmək mümkün olub.