Xəbər verildiyi kimi, Bu ilin 1-ci rübündə (yanvar-mart ayları) Azərbaycanda orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrünə nisbətən 84 manat və ya 9% artaraq 985 manata yüksəlib.
Deputat indiki minimum əməkhaqqını məqbul hesab etmir
FED.az-ın məlumatına görə, hesablama aparılan 72 rayonun 69-da maaşlar artıb, 1 rayonda - Yardımlıda maşlar dəyişməyib, 2 rayonda isə orta əmək haqqı bir il əvvəllə müqayisədə azalıb.
Belə ki, Biləsuvar rayonunda orta aylıq əmək haqqında 4% (26 manat), Lerik rayonunda isə 1% (6 manat) azalma baş verib.
Bir il əvvəl Biləsuvarda orta aylıq əmək haqqı 678 manat olduğu halda, bu il həmin rəqəm 652 manata enib.
Lerikdə isə ötən il 619 manat olan maaşlar bu il 612 manata enib.