ABŞ yenidən"Green Card”viza lotereyası üçün müraciətlərin qəbuluna başlayır.
"Amerikanın səsi”nin yazdığına görə, Diversity Visa Lottery 2019 –"Green Card" viza lotereyasının təşkilatçıları çərşənbə günü, oktyabrın 18-dənetibarən ərizələrin qəbuluna başlanılacağını bildiriblər.
"Texniki problemlər artıq aradan qaldırılıb, ərizə qəbulunun yeni tam dövrü 18 oktyabr 2017-ci il tarixində şərq standart vaxtı ilə saat 12:00-dan (Bakı vaxtı ilə 21:00) etibarən başlayacaq və cari ilin noyabrın 22-si şərq standart vaxtı ilə saat 12:00-a (Bakı vaxtı ilə 21:00) kimi davam edəcək”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranmışdı və verilmiş bütün ərizələr ləğv olunmuşdu.
Oxu.az©