Rusiya Prezidenti Vladimir Putin Eritreya dövlətinə qarşı sanksiyaları ləğv edib. FED.az xəbər verir ki, bu barədə o, müvafiq fərman imzalayıb.
Sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq 2009-cu ilin dekabrından tətbiq edilib. Bu sanksiyalarla bütün dövlət müəssisələrinin, hüquqi və fiziki şəxslərin Eritreyaya silah, döyüş sursatı, hərbi texnika və ehtiyat hissələrini gətirməsi qadağan edilib. Bundan başqa, təlim xidmətlərinin təmin edilməsi və hərbi fəaliyyətlə bağlı hər hansı texniki və ya maddi yardımın təmin edilməsinə qadağa qoyulub.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 2009-cu ildə Eritreyaya qarşı Somalidə silahlı qruplaşmalara dəstək göstərdiyinə görə sanksiyalar tətbiq edib, 2018-ci ilin noyabrında ləğv edib.