İsrail baş naziri Binyamin Netanyahu Azərbaycan və Qazaxıstana rəsmi səfər üçün yola çıxıb.
İsrail KİV-inin verdiyi xəbərə görə, səfər zamanı onu ekologiya naziri Zeev Elkin müşayiət edəcək.
Bakıya səfəri zamanı B.Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması, yəhudi icmasının nümayəndələri ilə görüşməsi planlaşdırılır.
Dekabrın 14-də isə İsrail hökumətinin başçısı Qazaxıstana gedecək. Burada o, prezident Nursultan Nazarbayevlə danışıqlar aparacaq. Görüş zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.