“Başak İnam Sığorta” şirkətinin bağlanması ilə bağlı yayılan məlumatlar düzgün deyil”. FED.az xəbər verir ki, bunu Fins.az-a açıqlamasında sığorta şirkətinin idarə heyətinin sədr müavini Vaqif Baxşıyev bildirib. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta şirkətinin bağlanmasına artıq razılıq verməsi ilə bağlı mediada səslənən fikirlər həqiqəti əks etdirmir. Sığorta şirkətinin lisenziyası ləğv ediməyib və ödənişlər üzrə öhdəliklərin yerinə yetirilməsi davam edir.
Qeyd edək ki, noyabrın 7-də "Başak İnam Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda "Başak İnam Sığorta"nın bu ilin yanvar-sentyabr aylarındakı vəziyyətinin yekunları, Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi və digər məsələlər müzakirə ediləcək.