Azərbaycanda həyat sığortası üzrə fəaliyyət göstərən ilk şirkət “Atəşgah Həyat” Sığorta Şirkəti müştərilərinin maliyyə təhlükəsizliyini artırmaq üçün əlverişli imkanlar və sığorta həlləri təqdim etməkdədir.
Belə ki, şirkətin təklif etdiyi sığorta məhsulları arasında Həyatın Yığım Sığortası xüsusi əhəmiyyət daşıyır. Bu məhsul həm gələcək üçün vəsait toplamağa, həm də həyatın gözlənilməz hadisələrindən yarana biləcək maliyyə risklərinə qarşı etibarlı şəkildə qorunmağa imkan yaradır.
Sığorta müqaviləsi çərçivəsində müştəri müəyyən edilmiş müddət ərzində müntəzəm ödənişlər edir. Müqavilənin müddəti başa çatdıqda isə şərtlərə uyğun olaraq topladığı vəsaiti və nəzərdə tutulmuş əlavə gəliri əldə edir.
Bu sığorta növünün əsas üstünlüklərindən biri uzunmüddətli maliyyə planlaşdırmasını həyat sığortası təminatı ilə birləşdirməsidir. Sığorta olunan şəxsin vəfatı və ya əmək qabiliyyətini itirməsi kimi hallarda isə müqavilənin şərtlərinə əsasən
onun özü və ya ailəsi üçün maliyyə müdafiəsi təmin olunur.
Məhsul haqqında daha ətraflı məlumat almaq və ya məhsulu sifariş etmək istəyən şəxslər 940 nömrəsi ilə əlaqə saxlaya bilərlər.















