Maaşı istənilən bankdan almaq mümkün olacaq. Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. espert Əkrəm Həsənov deyir ki, dəyişikli “mygov” platforması üzərindən aparılacaq.
Ekspertin sözlərinə görə, vətəndaş istənilən ay maaş aldığı bankı dəyişə bilər. Bunun üçün seçdiyi bankdakı hesabının rekvizitlərini işəgötürənə təqdim etməsi kifayətdir. İşəgötürən də əməkhaqqını həmin hesaba köçürməlidir. Hansı bankın xidmət keyfiyyətindən razıdırsa, əməkhaqqını da həmin bank vasitəsilə ala biləcək.
Onu da bildirdi ki, növbəti mərhələdə pensiyaçılar da təqaüd aldıqları bankı seçə biləcəklər. Bu yeniliyin banklar arasında müştəri cəlbi uğrunda rəqabəti artıracağı, hesabını başqa banka keçirənlər üçün daha əlverişli təkliflərin yaranmasına şərait yaradacağı gözlənilir.















