Azinko Development
Layihə müdiri - Baş mühəndis
Son tarix 30 noy 2026 - [email protected]
Struktur: Mərkəz
İş yeri: Alov Qüllələri - Flame Towers
Vəzifə haqqında:
- Flame Towers-də Layihə üzrə işlərin planlaşdırılmasına və icrasına rəhbərlik edəcək təcrübəli Layihə müdiri- Baş mühəndis axtarılır.
Əsas vəzifələr:
- Layihə üzrə işlərin planlaşdırılması
- Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil edir
- Layihələri razılaşdırılmış müddətə,ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə yetirilməsini təmin edir
- Layihə həyata keçirilən ərazilərdə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi həyata keçirir
- Təhlükəsizlik, gigiyena və istismar standartlarına riayət olunmasını təmin etmək
- Rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək və təkmilləşdirmə təklifləri vermək
Əsas tələblər:
- Mühəndislik sahəsində ali təhsil
- Minimum 5 il Layihələrin idarə olunması və mühəndislik üzrə təcrübə
- Layihə sənədlərinin (layihə çertyojları, sxemlər) oxunması və analiz bacarığı
- Büdcənin planlaşdırılması və xərclərə nəzarət bacarığı
- Fövqəladə halların idarə olunması və risklərin qiymətləndirilməsi təcrübəsi
- MS Office və hesabatlıq bacarığı
- Rəhbər təcrübəsi mütləqdir
Vəzifə üzrə təminatlar:
- Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
- Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Layihə müdiri- Baş mühəndis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.














