"Sığorta şirkətlərinin BOKT istiqrazlarına marağının az olması və ya bəzi şirkətlərin ümumiyyətlə bu istiqrazlara investisiya etməməsi bir neçə amillə bağlıdır. Bunlardan biri investisiya alətlərinin məhdud olmasıdır".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Miskərli Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
Onun sözlərinə görə, ilk növbədə, nəzarət çərçivəsində investisiya etmək üçün alətlərin sayı kifayət qədər məhduddur:
"İkinci məsələ BOKT-lərin likvidliyi, kredit portfelləri və digər göstəriciləri ilə bağlıdır. Sığorta şirkətləri müştəriləri qarşısında öhdəlik daşıyırlar. Bunu banklarla müqayisə edərək izah etmək olar: bank elə likvid vəsait saxlamalıdır ki, müştəri pulunu tələb etdikdə onu dərhal ödəyə bilsin.
Eyni prinsip sığorta şirkətlərinə də aiddir. Sığorta şirkəti istənilən vaxt böyük məbləğdə ödəniş etməli ola bilər. Həmin vaxt kifayət qədər vəsaiti olmadıqda, likvidliyini qorumaq üçün istiqrazlarını satmağa məcbur qala bilər. Buna görə də investisiyanın likvidliyinin yüksək olması müsbət amildir".
"Üçüncü məsələ BOKT-lərin kredit portfeli ilə bağlıdır. Kredit portfeli nə qədər düzgün diversifikasiya olunarsa, sığorta şirkəti üçün risk də bir o qədər aşağı olar.
Bu istiqrazların əlavə 3–7% gəlirlilik yarada biləcəyi qeyd edildi. Bəli, təxminən bu səviyyədə əlavə gəlirlilikdən söhbət gedir. Riskləri də nəzərə alsaq, belə bir investisiyanı qiymətləndirmək olar. Niyə də yox? Sığorta şirkətinin rəhbəri kimi deyə bilərəm ki, əlavə 4–7 manat gəlir əldə etmək imkanına görə investisiya etməyə hazır ola bilərəm", - deyə















