Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 248,5 milyon manat olub.
Azərbaycanda ən az qazanan sığorta şirkəti
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91 milyon 231 min manat və ya 7,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta ödənişlərin məbləği 882 milyon 723 min manat olub ki, bu da, illik müqayisədə 198 milyon 827 min manat, yaxud da 29,1% çoxdur.
Bu ilin ilk 9 ayında sığorta bazarında zərərlilik göstəricisi 70,7%-ə yüksəlib. Ötən ilin eyni dövründə bu 59,1% idi. Başqa sözlə, ötən il toplanan hər 100 manatdan 59,1 manat sığorta ödənişi edilirdisə, bu il bu məbləğ 70,7 manata çatıb. İllik artım 11,6 manat olub.















