Struktur bölmə: Strategiya və investisiya Departamenti, İnvestisiya şöbəsi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə: Mütəxəssis
Son müraciət tarixi: 15 yanvar 2018-ci il
İş saatları (iş rejimi): 09:00-18:00
Vəzifə öhdəlikləri:
• Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
• Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
• Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
• Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Bankın Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində minimum 3 illik iş təcrübəsi
Təhsili/ixtisası: Ali – (Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir)
Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışmaq və yazmaq bacarıqları; Rus və ingilis dillərində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları
Kompüter bilikləri: Böyük məlumat bazaları ilə işləmək bacarığı;Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı;Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları
Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər. Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük
Fərdi keyfiyyət tələbləri: Aktiv dinləmə, dərin analitik düşünmə, problemlərin operativ həll edilməsi və işin keyfiyyətli icra olunması
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Vakansiya üçün müraciət qaydası: CV-lər “İnvestisiya-mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.