Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
Bu barədə FED.az-a “Standard Insurance”ın ləğvetmə komissiyasından məlumat verilib.
Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 23 dekabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 977,5 min manat, behin məbləği: 9,775 min manatdır.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Hərrac qiyməti AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56.6 м² |
977 500 |
9 775 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46.5м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52.7 м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılıb.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://birjanews.az/herrac-elanlar/91
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.